27 Avqust 2025 / 08:25

Xəzərdəki güclü zəlzələ Bakıda 3-4 bal gücündə hiss olunub…

Xəzər dənizində zəlzələ olub. Tezadlar.az xəbər verir ki, bu haqda Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumatda deyilir ki, zəlzələ Qusar stansiyasından 94 km şimalda, Dağıstan Respublikası ərazisində, 64 km dərinlikdə qeydə alınıb. Yerli vaxtla saat 00:33-də baş verən zəlzələnin 5.4 bal gücündə olduğu bildirilir.

Zəlzələ Bakı və Sumqayıt başda olmaqla Azərbaycanın bir çox ərazilərində o cümlədən Quba, Qusar, Xaçmaz, Xudat, Xızı, Şabran, Xankəndi, Ağdam, Füzuli, Gəncə, Nabran, Oğuz kimi rayonlarda 3-4 bal gücündə hiss olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!