Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gömrük-biznes əməkdaşlığı çərçivəsində Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər barədə biznes nümayəndələrinin məlumatlandırılması məqsədilə təşkil olunan görüşdə gömrük borcunun ödənilməsi ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, idxal-ixrac əməliyyatlarında operativliyin daha da artırılması məqsədilə yaradılmış anket sorğusu barədə ətraflı məlumat verilib.
Görüşdə, həmçinin biznes subyektlərinin rəy və təklifləri dinlənilib, sualları ətraflı cavablandırılıb.
RÖVŞANƏ