Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hər zaman şəxsi həyatı ilə gündəmə gələn müğənni Seda Sayan indi də paylaşdığı paylaşımla diqqət çəkib.
Tezadlar.az xəbər verir ki, sosial mediada 3,2 milyon izləyicisi olan Sayan ona ünvanlanan “Niyə bu tələlərə düşürsən” sualına cavab verib.
Sayan “Son vaxtlar adımdan istifadə edərək insanları aldadırlar. Sonuncu dəfə həkimimi aldatmağa çalışdılar. Allaha şükürlər olsun ki, dərhal mənə dedi. Telefonu bağladım, ona görə də bu videonu çəkirəm. Çox sevdiyim qardaşım Doğanı çağırdılar, adımdan, səs tonumdan istifadə edib, 35 min lirə alıblar. Xahiş edirəm, bu fırıldaqlardan ehtiyatlı olun” deyib.