Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın üç şəhərinin – Saratov, Volqoqrad və Soçinin hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb.
Tezadlar.az bildirir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Artem Korenyako özünün Teleqram kanalında məlumat verib.
O qeyd edib ki, hava limanları təyyarələrin qəbulunu və buraxılışını bərpa edib. Korenyakonun sözlərinə görə, məhdudiyyətlər dövründə Volqoqrada uçan üç təyyarə və Soçiyə uçan iki təyyarə alternativ aerodromdan istifadə edib.
Samara hava limanında məhdudiyyətlər qüvvədə qalır.
Volqoqrad vilayəti gecə saatlarında Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qalıb. Pilotsuz uçan aparatların dağıntılarının düşməsi nəticəsində Petrov Val stansiyası ilə qatarların hərəkəti dayandırılıb.
Samara bölgəsi də vurulub. İlkin məlumata görə, hücumun hədəfi Samara şəhərinin kənarındakı müəssisələrdən biri olub.
E.ŞİRİNOV