Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Abşeronda qətl törədilib.
Abşeron rayon prokurorluğundan Tezadlar.az-a verilən məlumata görə, avqustun 28-də saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü Adil İmambaxışovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1972-ci il təvəllüdlü Vüqar Abuzərovun bıçaqla xəsarət yetirərək Adil İmambaxışovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Abuzərov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.