Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qazaxıstanın “Kayrat” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və eyni uğuru qazanan “Qarabağ” haqqında paylaşım edib.
Tezadlar.az xəbər verir ki, Almatı təmsilçisi “TikTok” sosial şəbəkəsində video yayımlayaraq Azərbaycan çempionunu özünəməxsus tərzdə təbrik edib.
Xatırladaq ki, “Kayrat” ÇL-in pley-off raundunda Şotlandiyanın “Seltik” klubunu üstələyib (0:0, 0:0, penaltilər – 3:2). “Qarabağ” isə pley-offun cavab qarşılaşmasında Macarıstanın “Ferentsvaroş” komandasını mübarizədən kənarlaşdırıb – 2:3 (ümumi hesabla 5:4).