Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2025-ci ilin yanvar-iyun aylarında Rusiya Hindistana gübrə ixracını 20 faiz artıraraq 2,5 milyon tona çatdırıb.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Gübrə İstehsalçıları Assosiasiyasının rəhbəri Andrey Quryev deyib.
Beləliklə, Hindistanın gübrə idxalında Rusiyanın payı rekord həddə – 33 faizə yüksəlib. Quryev izah edib ki, xarici bazarlardan Hindistana daxil olan bu məhsulun hər üç tonu Rusiyanındır. Əldə olunan artım fosfor tərkibli gübrələrin tədarükünün artması hesabına baş verib.
Quryev qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra bu növ Rusiya məhsulunun idxal dinamikası baxımından Hindistan lider olub.
Baş nazirin müavini Denis Manturovun sözlərinə görə, son beş ildə Rusiya-Hindistan ticarət dövriyyəsi təxminən 7 dəfə artıb. Nəticədə, Hindistan Rusiya Federasiyasının ən böyük xarici ticarət tərəfdaşlarından birinə çevrilib.
Eyni zamanda, Eurostat-ın məlumatlarına görə, 2025-ci ilin iyun ayının sonuna Rusiya gübrə tədarükçülərinin Avropa ölkələrinə ixracından əldə etdiyi ümumi gəlir 2,5 dəfə artaraq, demək olar ki, 3,5 il ərzində maksimuma çatıb.
E.ŞİRİNOV