29 Avqust 2025 / 21:50

Azərbaycanda “Sonsuz Qardaşlıq” çoxmillətli hərbi təlimi keçiriləcək

Sentyabr ayında Azərbaycanda Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan və Qətərin xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz Qardaşlıq” çoxmillətli təliminin keçirilməsi nəzərdə tutulub.

“Tezadlar” xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev 30 avqust- Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda keçirilən qəbulda deyib.

“Azərbaycan və Türkiyənin müdafiə sahəsində əldə etdiyi nailiyyətlər hərbi birliyi daha da möhkəmləndirir, regionda əmin-amanlığın və sabitliyin qorunmasına böyük töhfə verir”,-o əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!