30 Avqust 2025 / 11:23

Bakının Füzuli küçəsində “Mən Azərbaycanam, ölü canam!” plakatını yazan kimdir?

Bakıda yetərincə rus və digər millətlərin nümayəndələri olanlar, eləcə də lazımi qədər Rusiyaya işləyənlər var… Təbii ki, Bakı həmişə beynəlmiləl şəhər olub, hər bir millət üçün qəlbi açıq olub… Lakin bu qəlbigenişlik bəzən sui- istifadələrə gətirib çıxarıb. Qarabağda yüz illərdir ermənilərə ürək açıqlığımızın “bəhrəsi”ni gördük, faciələr yaşadıq, işğala məruz qaldıq… Beləliklə, mətləbdən uzaqlaşmadan Professor Aida Qasımovanın aşağıdakı statusunu isə hər kəsin oxuması və nəticə çıxarması çox vacibdir: “…Solovyovlar “Ukrayna”, “Ukrayna”, “Ukrayna” deyə-deyə Rusiya-Ukrayna müharibəsinə gətirib çıxardılar. İndi də “Azərbaycan” deyib durur, sakitləşmirlər. Bir neçə gün əvvəl Füzuli küçəsinə üst tərəfdən paralel küçələrdən birində bir plakat gördüm. Gərək şəklini çəkərdim. Plakatda şəhid şəklinin altında təxminən belə yazılmışdı: “Mən şəhidəm…  Ölü canam… Mən Azərbaycanam… Ölü canam”.  Bu plakat mənə çox pis təsir etdi. Lap evimizin içində vətənimizi təhdid edirlər. Kimdir bunu yazanlar, yazdıranlar, yapışdıranlar? Buna məsul orqanlar hara baxır?”.

Məncə, əlavə şərhə ehtiyac yoxdur!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!