Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polis Lvovda Ali Radanın keçmiş spikeri Andrey Parubiyi öldürən şəxsin izinə düşüb.
Tezadlar.az bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Yerli polisin məlumatına görə, siyasətçiyə səkkiz atəş açılıb.
Jurnalistlərin izahatına görə, atəş açandan sonra cinayətkar silahı çantasına qoyub və elektrikli velosipedə minib oradan uzaqlaşıb.
Təcili yardım gələndə Parubiy artıq ölüb; Lvov Regional Təcili Tibbi Yardım və Fəlakət Təbabəti Mərkəzinin rəhbəri Andrey Vasko bildirib ki, onun xəsarətləri yaşamla bir araya sığmır.
Ukrayna hakimiyyəti hadisəyə dərhal reaksiya verib. Vladimir Zelenski və bir sıra digər siyasətçilər keçmiş spikerin qatilinin mümkün qədər tez tapılmasını istəyiblər.
Xatırladaq ki, Parubiy 2004-cü ildə Narıncı İnqilab və 2013-2014-cü illərdə Avromaydanda fəal iştirakçı olub.
2014-cü ildə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, 2016-2019-cu illərdə isə Ali Radanın sədri olub.
E.ŞİRİNOV