Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağ Evin yüksək rütbəli rəsmiləri Avropa İttifaqının (Aİ) bir sıra liderlərinin Ukrayna üzrə sülh danışıqlarını pozduğundan və hərbi əməliyyatların dayandırılmasının qarşısını almağa çalışdığından şübhələnirlər.
Tezadlar.az bildirir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən xəbər verir.
“Ağ Evin yüksək vəzifəli rəsmiləri hesab edirlər ki, bəzi Avropa liderləri ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni bitirmək səylərini açıq şəkildə dəstəkləyir, eyni zamanda, Alyaska sammitindən sonra əldə edilmiş pərdəarxası tərəqqini gizli şəkildə pozmağa çalışır”, – portalın məqaləsində qeyd edilir.
Xüsusilə də Tramp administrasiyasının rəsmiləri hesab edir ki, Rusiyanın danışıqların gecikdirilməsi ilə heç bir əlaqəsi yoxdur və bu, Avropa Birliyinin maneəçilik siyasətinin nəticəsidir.
Bundan əvvəl “The Telegraph” yazıb ki, Donald Tramp təhlükəsizlik zəmanətlərinin təmin edilməsi çərçivəsində Ukraynaya özəl hərbi şirkətlərin göndərilməsi ilə bağlı Avropa ilə danışıqlar aparır. Əlavə olaraq qeyd edilir ki, özəl hərbi şirkətlərin funksiyalarına müdafiə strukturlarının inşasında Ukrayna Silahlı Qüvvələrinə yardım, müəssisələrin, o cümlədən Amerika mülkiyyətinin qorunması daxildir.
E.ŞİRİNOV