31 Avqust 2025 / 09:39

Parubiyin ölümündən bir neçə ay əvvəl etdiyi bir hərəkət diqqət çəkib

Ukrayna Ali Radasının keçmiş sədri Andrey Parubiy bir neçə ay əvvəl dövlət himayəsinə müraciət etsə də, ona rədd cavabı verilib.

Tezadlar.az xəbər verir ki, Radanın deputatı Artem Dmitruk Telegram kanalında buna diqqət çəkib.

“Görəsən niyə? Əgər… Yox, belə bir şey necə ağlıma gələ bilərdi?…”, – o yazıb.

Bundan əvvəl Dmitruk Parubiyin qətlinə görə Ukrayna prezidenti Vladimir Zelenskinin məsuliyyət daşıdığı barədə fikir bildirib. Onun sözlərinə görə, Radanın keçmiş spikerinin ölümü Ukraynadakı terror rejiminin əməllərinin nəticəsi olub. O, həmçinin qeyd edib ki, keçmiş sədrin fəaliyyəti Ukrayna liderinin siyasəti ilə kəsişir və ola bilsin, münaqişə və fikir ayrılıqlarına səbəb olur.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!