Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çin həkimləri avqustun 24-dən 30-a kimi cənubundakı Quanqdonq əyalətində 225 yeni çikunqunya virusuna yoluxma hadisəsi aşkar ediblər.
Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, iyulun əvvəlində xəstəliyin baş verdiyi Foşanda 119 yoluxma halı qeydə alınıb. 49 hadisə Quançjouda, 16-sı Şençjendə, qalanları isə əyalətin digər şəhərlərində aşkar edilib. Bütün xəstələrdə xəstəliyin yüngül forması var.
Quanqdonqda ağcaqanad yoluxucu qızdırma hallarının azalması tendensiyası qeyd olunub. Avqustun 3-dən 9-dək 1387, 10-16-da 830, avqustun 16-dan 23-dək isə 336 fakt aşkar edilib.
Çikunqunya virusunun yayılması iyulun əvvəlində Quanqdonq əyalətində ağcaqanadların çoxalması üçün əlverişli olan isti və rütubətli havada baş verib. Çinin cənubunda qızdırma hallarının ümumi sayı 10 minə yaxın olub. Makao, Honq-Konq və Quanqsi-Çjuanq Muxtar Bölgəsində də yoluxma halları qeydə alınıb. Xəstəliyin ağır və ya ölüm halları qeydə alınmayıb.
Tibb hələ çikunqunya üçün nə müalicə, nə də peyvənd bilmir. İnkubasiya dövrü adətən 3 gündən 12 günə qədərdir. Xəstəliyin başlanğıcı həmişə qəfil olur – temperaturun kəskin artması, titrəmə, bel və oynaqlarda ağrılar. Daşıyıcıları ağcaqanadların iki növüdür – “Aedes aegypti” və “Aedes albopictus”.
E.ŞİRİNOV