1 Sentyabr 2025 / 07:00

Qərb Hindistanın Rusiya ilə bağlı qərarına görə ABŞ-dan narazılığını bildirib

Birləşmiş Ştatlar Hindistanın təhdidlərə baxmayaraq, Çin və Rusiyanı onların əvəzinə seçməsindən hiddətlənir.

Tezadlar.az xəbər verir ki, Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen X sosial şəbəkəsindəki səhifəsində Vaşinqtonun Nyu Dehlinin qərarından narazılığından danışıb.

“Birləşmiş Ştatlar Hindistanın onların əvəzinə Çin və Rusiyanı seçməsindən hiddətlənir. ABŞ Hindistanı “biz” və ya “onlar” ultimatumu ilə hədələyir, Çin və Rusiya isə bunu etmir. Hindistan müstəqilliyi və xarici siyasətini müəyyən etmək azadlığını seçib”, – Dizen yazıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampın Hindistan və Pakistan arasında atəşkəslə bağlı danışıqlarda göstərdiyi səylərə görə Nyu-Dehlinin onu Nobel Sülh Mükafatına namizəd göstərməli olduğuna eyham vuraraq Hindistanın baş naziri Narendra Modini qəzəbləndirdiyi və bunun siyasətçilər arasında münasibətləri xeyli pisləşdirdiyi bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!