1 Sentyabr 2025 / 07:37

Tramp Vaşinqtonda cinayət üzərində qələbə qazandığını elan edib

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Milli Qvardiya qoşunları döyüşçülərin şəhərə köçürülməsindən sonra 2 həftədən az müddətdə ölkənin paytaxtı Vaşinqtonu cinayətdən təmizləyə bilib.

Tezadlar.az xəbər verir ki, Amerika lideri müvafiq yazını “Truth Social” sosial şəbəkəsində yerləşdirib.

“Vaşinqton cinayətdən azad zonadır, cəmi 12 günə”, – nəşr yazır.

Avqustun 11-də Ağ Evdə keçirdiyi mətbuat konfransında Tramp qeyd edib ki, “Vaşinqtonda cinayət nəzarətdən çıxıb” və buna görə də Amerika lideri asayişi təmin etmək üçün Milli Qvardiyanın döyüşçülərinin paytaxta köçürülməsini elan edib.

Dövlət başçısı həmçinin şəhər polisini federal hökumətin nəzarətinə verib. Avqustun 22-də Ağ Evin rəhbəri Çikaqo və Nyu-York da daxil olmaqla, digər meqapolislərdə cinayətkarlığa qarşı mübarizəni gücləndirmək üçün federal hökumət resurslarından, o cümlədən nizami ordudan istifadə etməyə hazır olduğunu bəyan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!