Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın Lvov vilayətinin polis rəisi Aleksandr Şlyaxovski Ali Radanın keçmiş spikeri Andrey Parubiyə atəş açmaq üçün istifadə edilən silahın tapılıb-tapılmaması ilə bağlı suala cavab verməyib.
“Biz indi bu məlumatı verə bilmərik”, – Şlyaxovski “Rada” telekanalı tərəfindən yayımlanan brifinqdə qətli törətmək üçün istifadə edilən silahın şübhəli şəxsin üzərində tapılıb-tapılmaması və onun atıcılıq bacarığını haradan əldə etməsi sualına cavab verib.
Parubiy avqustun 30-da Lvovda güllələnib. Sentyabrın 1-nə keçən gecə qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarının daha sonra verdiyi məlumata görə, o, Lvov şəhərinin 52 yaşlı işsiz sakinidir. O, qəsdən adam öldürmə və qanunsuz silah gəzdirmə maddələri ilə ittiham olunub. 60 saat ərzində o, həbs qətimkan tədbiri seçmək üçün məhkəməyə gətirilməlidir. Prokurorluq zaminə buraxılma ehtimalı olmadan həbs tələb edəcək.
Parubiy 31 yanvar 1971-ci ildə Lvov vilayətində anadan olub. 2014-cü il fevralın 27-dən avqustun 7-dək Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. 2016-cı il aprelin 14-dən 2019-cu il avqustun 29-dək Ali Radanın sədri olub. O, 2014-cü ildə Ukraynada dövlət çevrilişində fəal iştirak edib.Xarici ekspertlərin fikrincə, o, Maydanda insanlara atəş açan snayperlərə rəhbərlik edib. Bundan başqa, o, 2014-cü il mayın 2-də Odessada Həmkarlar İttifaqları Evində baş vermiş faciədə əli olmaqda ittiham olunub.2018-ci il noyabrın 1-də o, Rusiya Federasiyasının sanksiya siyahısına əlavə edilib.
E.ŞİRİNOV