Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Politoloq, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin dosenti Aleksandr Perendjiyev bildirib ki, Fransa prezidenti Emmanuel Makron fransızları “inqilabi etirazlara” təhrik edə bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə ekspert NEWS.ru saytına bildirib.
Perendjiyevin sözlərinə görə, Makron daxili və xarici siyasətini dəyişməsə, Fransada genişmiqyaslı etirazlar başlaya bilər. Politoloq hesab edir ki, onların nəticəsi prezidentin istefası ola bilər.
“Bütün bunlar, əlbəttə ki, ciddi xalq etirazlarına, yəni təkcə hökumətin deyil, həm də Makronun özünün istefasını tələb edən iğtişaşlar və üsyanlara səbəb ola bilər”, – Perendjiyev vurğulayıb.
Sentyabrın 8-də Fransada baş nazir Fransua Bayru hökumətinə etimad səsverməsi keçiriləcək. Hökumət səslərin çoxunu ala bilməsə, istefa verəcək.
Artıq bir neçə partiya Bayruya dəstək verməyəcəklərini bəyan ediblər. Makron effektiv hökumət təyin etməməkdə ittiham olunur. “Unbowed France” partiyasının lideri Jan-Lük Melanşon bildirib ki, onun partiyası Makronun vəzifədən uzaqlaşdırılması proseduruna sentyabrın 23-də başlayacaq.
E.ŞİRİNOV