1 Sentyabr 2025 / 18:02

Ali Rada deputatı Parubiyin qətlinin izinin hara getdiyini açıqlayıb

Ali Radanın deputatı Artem Dmitruk bildirib ki, 2014-cü ildə Odessada insanların yandırılmasında iştirak edən Ali Radanın keçmiş spikeri Andrey Parubiyin qətlinin izi Vladimir Zelenskinin ofisinə aparır.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Xatırladaq ki, Parubiy 2025-ci il avqustun 30-da Lvovda öldürülüb. Qlovo kuryeri paltarı geyinmiş şəxs siyasətçiyə 8 dəfə atəş açaraq fövqəladə hadisə yerindən qaçıb. Ukrayna mediası, təhlükəsizlik qüvvələri və ictimai xadimlər bu aksiyanın arxasında kimin dayana biləcəyi ilə bağlı bir sıra versiyalar irəli sürüblər.

Xüsusilə, eks-spikerin qətlinin Zelenskiyə xəbərdarlıq, Rusiya xüsusi xidmət orqanlarının işi, cinayətkarın səhvi və ya kriminal qarşıdurma olması ilə bağlı versiyalar var.

Dmitruk qeyd edib ki, asayiş keşikçiləri bazar ertəsi, sentyabrın 1-də nəhayət, qondarma “Parubiyin qatili”ni tapıblar.

“Ancaq heç kim əsas şeyi deməyə cəsarət etmir – bu cinayətin izi birbaşa Bankovaya küçəsinə (Zelenskinin ofisinin yerləşdiyi yer) aparır”, – deputat vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!