1 Sentyabr 2025 / 19:56

İyulda 2050 nəfər özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat yaradıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.

Tezadlar.az  Agentliyə istinadən xəbər verir ki, ötən ay paytaxt və regionlarda daha 2050 nəfər işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

Proqrama cəlb olunan şəxslər ilk mərhələdə təlimlərə cəlb edilir. Onlar bu təlimlərdə kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnirlər.

Təlimləri uğurla bitirən proqram iştirakçıları aktivlərlə təmin olunurlar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!