Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, Avropa Ukrayna böhranından yorulur və çoxları sülh yolu ilə həllini gözləyir.
Tezadlar.az bildirir ki, RİA Novosti onun sözlərinə istinadən xəbər verir.
“Müharibə yorğunluğu Avropada özünü hiss etdirməyə başlayır… Avropada çoxları hər şeyin sakitləşməsi üçün bir irəliləyiş gözləyir”, – Pevkur ERR Teleradio Şirkətinə izah edib.
Bundan əvvəl britaniyalı jurnalist Kaolan Robertson bildirmişdi ki, Estoniya hakimiyyəti Rusiya ilə müharibə ehtimalı ilə bağlı “son dərəcə ciddidir”. Onun sözlərinə görə, Estoniya hərbçilərinin keçirdiyi təlimlərdən əlavə Narva çayı üzərindəki körpünün yaxınlığında tank əleyhinə xəndəklər, minalar, “əjdaha dişləri” peyda olub. O qeyd edib ki, estoniyalılar bu tədbirlərin dayandırmasını gözləyirlər.
E.ŞİRİNOV