2 Sentyabr 2025 / 15:31

Parubiyin qatili üçün həbs qətimkan tədbiri seçilib

Məhkəmə Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs barəsində həbs-qətimkan tədbiri kimi girov təyin etmək hüququ olmadan 60 sutka müddətinə həbs qətimkan tədbiri seçib.

Tezadlar.az xəbər verir ki, bu barədə TSN telekanalı məhkəmənin qərarına istinadən məlumat yayıb.

“Şübhəli şəxs 1973-cü il təvəllüdlü Mixail Viktoroviç Stselnikov barəsində zaminə buraxılmamaq şərti ilə 60 sutka müddətinə həbs qətimkan tədbiri seçilsin”, – hakim bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!