2 Sentyabr 2025 / 20:07

Rusiyada sim-kartların paylaşılmasına qadağa: cərimələr təsdiqləndi

Rusiyada sim-kartların üçüncü şəxslərə verilməsinə qadağa qoyan yeni qanun qüvvəyə minib.

Tezadlar.az xəbər verir ki, qanuna əsasən, mobil nömrəni başqasına ötürən vətəndaşlar 30-50 min rubl (təxminən 630-1 050 manat), fərdi sahibkarlar 50-100 min rubl, hüquqi şəxslər isə 100-200 min rubl (təxminən 2 100-4 200 manat) cərimə ilə üzləşə bilər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!