Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin hərəkətindən çox məyus olduğunu bildirib. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, Tramp bu barədə radioaparıcı Skott Cenninqsə müsahibəsində danışıb. O deyib ki, Vaşinqton Ukraynada insanların həyatını xilas etmək üçün müəyyən addımlar atacaq. “Bu, mənasız müharibədir. Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı. Bu məni daha da çox narahat edir, çünki seçkilər tamamilə saxtalaşdırılmışdı. Bu, biabırçılıqdır. Görək nə olacaq. Amma indi mən prezident Putindən çox məyusam, bunu deyə bilərəm və biz insanların yaşaması üçün nələrsə edəcəyik. Bilirsiniz, bu, Ukrayna məsələsi deyil. Söhbət insanlara həyat bəxş etməkdən gedir”.
Eləcə də Tramp Rusiyaya qarşı lazımi tədbirlər görüləcəyini deyib.
Müharibə isə davam edir.