Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avqustun 31-dən Bakı Konqres Mərkəzində keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin 49-cu Dünya Finalında radiasiya təhlükəsizliyinin təmin edilməsi Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
FHN-in mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, sentyabrın 5-dək davam edəcək və 70 ölkənin 140 ali təhsil müəssisəsini təmsil edən komandaların qatıldığı yarışdan əvvəl ərazidə radiasiya təhlükəsizliyi üzrə yoxlamalar aparılıb. Hazırda agentliyin dozimetr və spektrometrlərlə təchiz edilən əməkdaşları tədbir müddətində fasiləsiz nəzarəti təmin edirlər.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Nüvə Təhlükəsizliyi və Mühafizəsi Departamenti tərəfindən “Böyük ictimai tədbirlər üçün nüvə təhlükəsizliyi” Proqramı çərçivəsində ölkəyə müvəqqəti idxal edilən cihazlar da tədbirin radiasiya təhlükəsizliyi məqsədilə istifadə olunur.
Aparılan yoxlamalar zamanı heç bir radioaktiv material və çirklənmə aşkar edilməyib.
RÖVŞANƏ