3 Sentyabr 2025 / 17:36

Xalq artisti Arif Babayevi bir daha xatırlayaq…

…Ustad sənətkar, Xalq artisti, Professor Arif Babayevin vəfatından bir ay ötdü… Yeri həmişə görünəcək-Vətənə, dövlətə, Qarabağa, Ağdama… sonsuz məhəbbətlə bağlı bir ziyalı-sənətkar kimi! Daim təmasda olduğum üçün deyirəm, xəstəliyində yaşın öz yeri, amma çoxdan idi yurd həsrəti onu içindən yeyirdi… Ustadın son muğam qalmaqalındakı bəzi məsələlərdə də yeri görünürdü! Nə qədər ki, münsiflərdə ustadımız Əlibaba Məmmədov və Arif Babayev var idi, söz-söhbət, dedi-qodu da olmazdı! Nə isə…
Təxminən bir ay əvvəl Arif müəllim xəstəxanada olanda xəstəliyi ilə bağlı bir status yazmışdım. İndi baxdım, fotosunu təqdim edirəm. Bu dəqiqələrdə həmin statusa təxminən 85 min baxış olub. Belə rəqəm FB platformasındakı adi bir statusa görə, məncə, çox az rast gəlinəndir. Bu, əslində, böyük sənətkara olan ictimai məhəbbətdir, dərin hörmətdir!

Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!