3 Sentyabr 2025 / 21:08

“Sumqayıt” Höccət Haqverdini rəsmən heyətinə qatdı

2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

“Tezadlar” xəbər verir ki, sözügedən klub ötən mövsümü “Neftçi”də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb.

Təcrübəli müdafiəçi 3 nömrəli formada çıxış edəcək.

2020/21 mövsümündə “Sumqayıt”la bürünc medal qazanan Höccət Haqverdi 1,5 mövsüm bu komandanın şərəfini qoruyub. Komandanın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxan mərkəz müdafiəçisi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!