Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa prezidenti Emmanuel Makron Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasının başa çatdığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində bildirib. Makronun sözlərinə görə, Avropa ölkələri sülh sazişinin imzalandığı gün Ukrayna xalqına belə təminat verməyə hazırdır.
Makron Kiyevə yardım göstərən “İstəyənlər Koalisiyası”nda 35 dövlətin iştirakını qeyd edib. Bu koalisiyanın tərkibində sentyabrın 4-də onlayn konfrans keçiriləcək. Bundan sonra Avropa liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı planlaşdırılır.
Avqustun əvvəlində Fransa lideri Ukraynanın təhlükəsizlik zəmanəti müqabilində ərazilərinin bir hissəsinin itirilməsini, onların xarici suverenlik altında verilməsini tanımadan tanıya biləcəyi barədə fikir bildirib.
Təhlükəsizlik zəmanətlərinin müzakirəsi Tramp və Vladimir Putin, Vladimir Zelenski və Avropa liderləri arasında bir sıra görüşlərdən sonra intensivləşib. Avqustun 29-da Ukrayna prezidenti Kiyevin gözlədiyi üç əsas təminat blokunu açıqladı: Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi və silahlandırılması, yeni təcavüz halında tərəfdaşların dəqiq öhdəlikləri, həmçinin Rusiyaya qarşı sanksiyaların saxlanılması və ölkənin bərpası üçün dondurulmuş Rusiya aktivlərindən istifadə.
Bu gün – sentyabrın 4-də Ukrayna prezidenti Vladimir Zelenski, bir sıra Avropa liderləri və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutacaq, – “Reuters” yazır.
E.ŞİRİNOV