4 Sentyabr 2025 / 08:02

Britaniya Rusiyanın aktivlərindən Ukraynaya 1 milyard dollardan çox gəlir göndərib

Böyük Britaniya dondurulmuş Rusiya aktivlərinin istifadəsindən Ukraynaya 1 milyard dollar gəlir göndərib.

Tezadlar.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında bildirilir.

“Rusiyanın dondurulmuş aktivləri hesabına alınan bir milyard funt-sterlinq Ukraynaya hərbi dəstəyə yönəldilib”, – nəşr müdafiə naziri Con Xilidən sitat gətirib.

O, həmçinin bildirib ki, Böyük Britaniya atəşkəs olacağı təqdirdə Ukraynaya göndərmək niyyətində olan Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini nəzərdən keçirir.

Əvvəllər bildirilmişdi ki, bu həftə Xili Fransa Silahlı Qüvvələrinin naziri Sebastian Lekornu ilə birlikdə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək üçün “istəklilər koalisiyası”nın müdafiə nazirləri ilə görüş keçirəcək. Bundan əlavə, o, gələn həftə Londonda İtaliya, Polşa, Ukrayna, Fransa və Almaniyanın müdafiə nazirləri ilə görüşün keçiriləcəyini açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!