4 Sentyabr 2025 / 08:16

Tramp bu gün Ukrayna ilə bağlı Avropa liderlərinə zəng edəcək

ABŞ prezidenti Donald Tramp bu gün – sentyabrın 4-ü Bakı vaxtı ilə saat 16:00-da Avropa liderlərinə zəng edəcək.

Tezadlar.az bu barədə “Fox News”ə istinadən xəbər verir.

Bu gün “istəklilər koalisiyası”nın toplantısı baş tutacaq. Görüş videokonfrans formatında keçiriləcək və Ukrayna prezidenti Vladimir Zelenski də iclasda iştirak edəcək. Və əsas müzakirə mövzusu Ukrayna üçün təhlükəsizlik zəmanətləri və onun gələcək dəstəyi ilə bağlı məsələlər olacaq.

Almaniya kansleri Fridrix Merzin sözlərinə görə, “istəklilər koalisiyası” Ukrayna Silahlı Qüvvələrinə yardımı davam etdirmək niyyətindədir. Siyasətçi diqqəti ona çəkib ki, Kiyevə hərbi dəstəyin “istəklilər koalisiyasının” səlahiyyətləri siyahısına daxil olma ehtimalı bütün Aİ-dən daha çoxdur.

Bütün bunların fonunda Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Avropa ölkələrinin liderləri Trampı sentyabrın 4-də keçiriləcək görüşə onlayn qoşulmağa razı salmağa çalışırlar. Amerika prezidentinin ukraynalı həmkarı ilə də cümə axşamına planlaşdırılan söhbəti var.

Bundan əvvəl Tramp Putin və Xinin ABŞ-a qarşı sui-qəsd hazırladığına qərar vermişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!