Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Asiman Hüseynova: “Bu cinayət işi təşkilat rəhbəri kimi, Azərbaycanın milli adət-ənənələrini, tarixini, onun qalib Prezidentini, böyük zəfərimizi çox uğurlu və geniş şəkildə təbliğ etməyimlə bağlıdır”
Rusiyada son aylar azərbaycanlılara qarşı aparılan diskriminasiya siyasəti özünün pik həddinə çatmışdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı müstəqil və uğurlu beynəlxalq siyasətini, bəziləri kimi Rusiyadadf bəzi başsız siyasətçilər də həzm edə bilmirlər. Prezident cənab İlham Əliyevin, vurulan təyyarəmizə görə Rusiya dövlətinə dirəniş göstərməsi, hər çıxışında, verdiyi hər müsahibəsində cəsarətlə Rusiya prezidenti, V.Putinə ünvanlı sərt ittihamlar səsləndirməsi, Rusiyada bəzi dırnag arası vətənsevərləri bərk qıcıqlandırır. “Xain xoflu olar” prinsipi ilə üzdə prezidentimizə cavab verə bilməsələr də, dolayısı ilə əvəz çıxmağa çalışırlar. Bunun da nəticəsi olaraq, dırnag arası patriotlar , Solovyovlar, zatı qırıq Zatulinlər, əxlaqsız, alkaş (özü efirdən deyir ki, bir dəfə çox içdiyindən hara və kiminlə getməsindən, gecəni hansı kişi ilə yatdığından xəbəri olmayıb. Bir də səhər ayılanda yanında tanımadığı kişini görüb) Marqarita Simonyanlar və sairlər Azərbaycanı və soydaşlarımızı təhqir edərək, açıq şəkildə informasiya müharibəsi aparırlar. Bu azmış kimi, uzun illər Rusiyada məskunlaşaraq, ev-eşik qurmuş, hətta vətəndaşlıq almış soydaşlarımızı sıxışdırmağa, əsassız bəhanələrlə həbs etməyə, hətta öldürməyə belə əl atırlar. Düşünürlər ki, bununla da Prezident İlham Əliyevi, apardığı müstəqil siyasətdən çəkindirib, yenidən Azərbaycanı Rusiyanın təsir dairəsinə salacaqlar. Təbii ki, belə cılız siyasətlə Cənab İlham Əliyevi qorxutmaq, apardığı müstəqil siyasətdən çəkindirmək mümkün deyil. Bu da Rusiyada bəzi başı boş ideoloqlarının, mənasız sovetdən qalma çürük fəlsəfəsidir.
Belə təzyiqlərə, əsassız ittihamlara məruz qalan soydaşlarımızdan biri də, Rusiyanın Yaroslavl şəhərində yaşayan, Yaraslavl Regional İctimai Təşkilatı Azərbaycan Milli-Mədəni muxtariyyətinin sabiq sədri, hüquqşünas Asiman Hüseynovdur.
Asiman müəllimə bu il, aprelin 9-da heç bir əsası olmadan, qondarma ittihamla cinayət işi açılıb. Asiman müəllimə qarşı, yersiz hücumlar ehtimal kı, diaspor rəhbəri olduğu və Azərbaycanın adını, Prezidentini həmin bölgədə müntəzəm təşkil etdiyi müxtəlif tədbirlərlə yaşadıb, təbliğ etməsidir. Ona görə də, aprelin 15-dən diaspor rəhbərliyindən istefa verib. Həbs olunmasa da, cinayət işi adında qalır və heç yerdə də işə qəbul olmasına imkan vermirlər. Mən də elə bütün bunlara aydınlıq gətirilməsi üçün Asiman Hüseynovla, waatsap sosial şəbəkəsi ilə, əlaqə saxladım və çox maraqlı söhbətimiz alındı. Istəyirəm həmin söhbəti sevimli oxucularımızın da diqqətinə çatdırım.
-Asman müəllim, xoş gördük. Necəsəniz?
– Çox sağ olun, Elçin müəllim! Təşəkkür edirəm. Həm siz, həm də “Təzadlar” qəzet və saytı, həmçinin baş redaktor Asif Mərzili həmişə mənə diqqət göstərmisiniz,keçirdiyimiz tədbirləri işıqlandırmısınız. Ona görə də Asif bəyə, sənə və kollektivinizə hədsiz dərəcədə minnətdaram.
– Çox sağ olun! Əvvəlcə istərdim özünüz haqqında, sizi tanımayanlar üçün bir az məlumat verəsiniz. Neçə ildir Rusiyada yaşayırsınız, vətəndaşlığınız varmı? Rusiyaya gəlməyinizin səbəbi nə olub?
-Mən Hüseynov Asiman İsbəndiyar oglu 01.01.1970-ci ildə Azərbaycan Respublikası İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuşam.Orta təhsilimi də elə həmin kənddə almışam. Cox təssüf ki, o zaman tarixi vətənim olan Azərbaycanda ali məktəbə daxil ola bilmədim. Ali təhsil almaq arzumu gerçəkləşdirmək üçün 1988- ci ildə o vaxt vahid dövlət altında olduğumuz Rusiya federasiyasına üz tutdum.Taleh elə qətirdiki, məhz 1988-ci ildən Rusiyada məskunlaşdım.1988-ci ildədə Moskvadan hərbi xidmətə çağrılmışam. Əsgəri xidmətimi 3-il hərbi dəniz donanmasında keçmişəm. Xidmətim dövründə xüsusi təyinatlı qüvvələrin tərkibində bir cox dövlət əhəmiyətli, xüsusi gizli əmaliyatlarda iştirak etmişəm(xarici sularda və xarici dövlətlərdə).2011-ci ildən 2025-ci ilin aprel ayının 15-nə qədər Yaraslavl reqional ictimai təşkilatı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri vəzifəsində calışmışam.Ötən illər ərzində Tarixi vətənimizdə kecirilən.hələ əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının III -ci və Zəfər qurultayının iştirakcısı olmuşam.

-Asiman müəllim, sözünüzü kəsdiyim üçün üzr istəyirəm. Bu barədə sual verəcəkdim. Bilirik ki, siz çox vətənpərvər insansınız. Vətənimizin, dövlətimizin adını həmişə uca tutursunuz. 14 il rəhbərlik etdiyiniz Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri kimi, Yaroslavlda milli adət-ənənələrimizi, tariximizi, mədəniyyətimizi yaşatmaq üçün, şəhər rəhbərliyi ilə razılaşdıraraq, çoxsaylı tədbirlər keçirmisiniz. Bu təşkilatı yaratmaq ideyası necə yarandı, yer məsələsini necə həll etdiniz? İmkanlı soydaşlarımız bu işdə hansısa kömək ediblərmi?
– Elçin müəllim, bu sualla lap yaralı yerimə toxundunuz. Burada yaşayan imkanlı azərbaycanlıların çoxusu belə şeylərdən yaxasını kənara çəkirlər. Ürəyi yananların da maddi imkanları yoxdur. Məhz bu kimi kasıb insanlarla 2011-ci ilin dekabrın 24-də, Yaraslavl şəhərində 700kv.m sahəsi olan bir binada, şəhərin tarixi bir hissəsində, “Aviatorov” prospekti,ev 54-də ,cənab prezident İlham Əliyevin dogum qünü ,Azərbaycan -Rusiya Mədəniyyət Mərkəzini açmışıq və bu günə qədərdə fəaliyyət qöstərir. Özümüzün məhdud büdcəmizlə Yaroslavlda yaşayan azərbaycanlıların bir çox problemlərinə yardımçı olmuşuq. Bankdan götürdüyüm kredit hesabına Mərkəzin nəzdində Heydər Əliyev adına muzey, kitabxana, iclas zalı, iş otaqları,idman zalı, və sair işlər görüb, fəaliyyət göstərmək üçün şərait yaratmışam. Mərkəzin rəsmi açılışında, Azərbaycanın Rusiyadakı sabiq səfiri Polad BülBüloglu cənabları, Azərbaycan tele kanallarının nümayəndələri, bir cox tanınmış ictimai xadimlər iştirak etmişdir. Mərkəzin belə yüksək səviyyədə araya-ərəsiyə qəlməsində cəkilən xərclərin 10-15faizi təşkilatın fəalları tərəfindən yerinə yetirilib. Qalan 85 faiz pulu, yuxarıda qeyd etdiyim kimi, riskə gedərək, aldığım bank kreditlərinin və ailəmin boğazından kəsmək sayəsində mümkün olub.Hansı ki, həmin xərcləri mən, şəxsən öz ailə büdcəmdən 10-il müddətidə banklara ödəmişəm. Çəkilən xərclərin ,dəqiq rəqəmini müəyən səbəblərdən acıqlamağı etikaya uyğun saymıram.
-Rəhbəri oldugunuz Yaraslavl Reqional Azərbaycan Milli-Mədəni Muxtariyyatının faliyyəti barədə məlumat verməyinizi istərdik. Görək necə işləmisiniz?
-Azərbaycan Milli-Mədəni Muxtariyyatı Yaraslavl səhərindəRusiya Fedarasiyası milli-mədəni muxtariyyatlar barədə qanun cərcivəsində 1998-ci ildə yaranmışdır. Təşkilatımız Azərbaycan dilini,mədəniyətini, incəsənətini ümumən milli dəyərlərimizi saxlayıb,yaşadıb və bunu gələcək nəsillərə ötürməklə, Azərbaycan-Rusiya dostluguna xidmət edərək, Azərbaycan həqiqətlərini, yaşadıgımız cəmiyətə və ictimayyətə catdırmaqla məşğul olub. Torpaqlarımızın işğalı dövründə haqq səsimizi ucaltmışıq və yerli əhaliyə əsl həqiqətin necə olduğunu tarixi sənədlərlə çatdırırdıq. Tarixi vətənimiz Azərbaycanda və Rusuyada qeyd olunan bütün əlamətdar qünləri yüksək səviyədə qeyd etmişik ,20 yanvar, Xocalı faciəsinin anım günlərini, hazırladığımız geniş tədbirləri xüsusən qeyd etmək istərdim.Hətta Yaraslavla yaşamayan sonralar bəzi dələduz soydaşlarımız tərəfindən Azərbaycandan gətirilib işlədilən və aylarla pulunu vermədikləri, azərbaycanlıları, güç-bəla ilə topladığımız vəsaitlə evlərinə yola salmışıq ki, küçələrdə qalmasınlar. Çoxlarının oteldə qalmağa pulları olmadığından Təşkilatımızın ofisində günlərlə geçələmək üçün imkan yaratmışıq. Polisdə, məhkəmədə problemi olan soydaşlarımıza hüququ yardım göstərərək, onların hüquqlarını bacardıgımız qədər qorumuşuq. Sahibkar fəaliyəti iylə məşqul olan həmvətənlilərimizə hüquqi dəstək olmuşuq., Yaroslavl vilayət administrasiyası və Yaraslavl şəhər rəhbərliyi ilə olan konstruktiv münasibətlərimiz sayəsində dəstək olmuşuq. Mütamətdə nəşr etdiyimiz təşkilatın curnalı.saytı və diqər sosial şəbəkələrdə Rusiya-Azərbaycan dostlugunu təblig etmişik.Bir necə təşkilatın proyekti ,hansı ki müllifi mən şəxsən oldugum mütamədə olaraq Yaraslavl vilayətində realiz etmişik; “Cox millətli dünya uşaqların.qənclərin,tələbələrin qözü iylə” ., “Biz qələbənin vərəsələriyik” ., “Milli mətbəx fesivalı” ., “Armorestlinq uşaqlar və qənclər arasında” ., “Etnokolorit” .,”Qənc istedadların konkursu”., “ Yaşlı nəsil tariximiz.qələcək nəsil davamcımlzdlr” və ilahır.Yaxın üc il ərzində Ukraynadan qacqın düşən qacqınlara dörd dəfə humanitar yardım etmişik.Hansı birini deyim? 44 ngünlük ikinci Qarabağ müharibəsində döyüşən ordumuza gücümüz çatan qədər yardım göstərmişik. Bu döyüşdə qazanılan qələbə inanın ki, vətəndən kənarda yaşayan azərbaycanlılar üçün ikiqat əzizdir. 30 illik işğal dövründə biz ermənilərin və digər xalqların yanında başı aşağı gəzirdik. Amma 44 günlük ikinci Qarabağ müharibəsində qazanılan qələbə bütün dünyada yaşayan azərbaycanlıların başını dikəltdi, qara ləkəni alnımızdan sildi. Bizə bu Zəfəri yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə və veteranlarımıza isə, Allah sağlıqlı uzun ömür versin. Bu Zəfərin baş memarıolan Ali Baş Komandan Prezident Cənab İlham Əliyevə sonsuz təşəkkürlərim var. Prezidentimiz qazanılan bu qələbədən sonra, dünyada sayılıb-seçilən liderə çevrilib. Qalib prezident kimi apardığı uğurlu beynəlxalq siyasəti ABŞ və Avropa liderləri qəbul və təqdir edirlər. O boya ABŞ kimi dövlətin Prezidenti deyir ki, “İlham, sən çox güclü lidersən”. Belə məqamları gördükcə Prezidentimizlə daha çox fəxr edirik.

– Əlbəttə, Prezidentimiz bu gün dünyada söz sahiblərindən biridir və dünyadakı hər bir azərbaycanlının qürur mənbəyidir. Asman müllim,indi bir məsələni də bilmək istəyirəm. Uzun illər rəhbərlik etdiyiniz Yaraslavl Reqional Azərbaycan Milli-Mədəni Muxtariyyatının öz büdcəsi varmı və əsas maliyyə mənbəyi haradandır? Milli- Mədəni Mərkəzin, dediyiniz o 700 kv.m ərazisinin saxlanması,istismarı,təmiri, azsaylı işcilərin mavacibi hansı büdcədən maliyələşir?
-Bu da çox ağrılı sualdır. Elçin müəllim, sizi inandırım ki, hətta Yaraslavlda Yaşayan azərbaycanlıların bir coxu elə hesab edirlər maliyələşir.Həqiqətdə isə, bütün bu xərclər Azərbaycan Diaspor Komitəsi tərəfindən rəhbəri oldugum müddətdə,həmDiaspor Komitəsindən, həm Rusiya dövlətindən, həm də imkanlı soydaşlarımızdan bir qəpikdə olsa,maddi dəstək almamışıq. Yuxarıda qeyd etdiyim kimi, az məbləğdə təşkilatın fəalları və öz ailə büdcəmin hesabına maliyə məsələlərini həll etmişik. Nə isə…
-Asman müəllim, ictimayyətdən bizlərə məlum oldu ki,sizin barədə,hələ təşkilatın rəhbəri olduğunuz dövrdə Rusiya Federasiyasında cinayət işi acılmışdır.Bu barədə nə deyə bilərsiz? Ümumiyyətlə, siz Rusiyada nə vaxtsa cinayət məsuliyətinəcəlb olunmusunuzmu?
-Rusiyada 37 ilə yaxındır yaşayıram və buranın vətəndaşıyam. İlk yaşadığım gündən, ta 09 dekabr 2025-ci ilə qədər barəmdə hec bir cinayət işi olmayib.Cinayətkar əməllərdən uzaq bir adamam. Mən hüquqşünasam və Rusiya qanunlarını yaxşı bilirəm. Ona görə də yaşadığım və işlədiyim dövrdə heç bir qanun pozuntusuna yol verməmişəm və vermərəm də. Bu səbəbdən də özümü cinayətkar saymıram. Açılan cinayət işinin də heç bir hüququ əsası yoxdur. Əminəm ki.qec-tez ədalət bər qərar olar.
-Barənizdə acilan ciayət işinin mahiyyəti nədir və hal hazırda istintaq gedirmi? Onu da deyərdiniz ki, vəkiliniz varmı, yoxsa bir hüquqşünas kimi öz-özünü müdafiə edirsiniz?
-Hal hazırda istintaq gedir. Məni bir necə miqrantı evimə qeyd etdirdiyimə qörə ittiham edirlər. İşin mahiyyəti budur. Bu isə, tam qondarma bir ittihamdır. Mən də artan təhlükəni önləmək üçün aprelin 15-dən təşkilat rəhbərliyindən istefa verdim. Artıq 5-ci aydır işsizəm. Bəli, vəkilim də var.
– Aydın məsələdir ki, müdafiə məsələləri xeyli vəsait tələb edir. Siz də deyirsiniz ki, 5-ci aydır işləmirsiniz. Bəs vəkilə və bəzi müdafiə prosedurlarına çəkilən xərcləri ödəyə bilirsinizmi?
-Sözün düzü, mən iş qabiliyətli bir Hüquqşünas kimi calışmışam.Ailəmidə, rəhbəri oldugum təşkilatıda qeyd etdiyim kimi, elə öz qazancımdan maliyələşdirmişəm.Cox təəssüf ki, 09.04.2025-ci ildən barəmdə cinayət işi acıldıqdan sonara, bir cox saytlarda və bloklarda təxribatçı qüvvələr,Rusiya -Azərbaycan dostluguna xələl qətirməyə calışan mənəviyyatsızlar,mənə “Yaraslavl azərbaycanlılarından ibarət mütəşəkil cinayətkar dəstənin başcısı” yarlıgını asdılar.Rusiyada belədir ki, “Sarı” xəbər tez yayılır, özüdə qeyri ruslar barədə yazılanları daha tez və sürətlə yaymaqda əsl peşəkardırlar.Belə olan halda mənə, yəni “cinayətkar dəstənin başçısına” hüququ yardım üçün heç kim müraciət etməz. Ona görədə bu il aprelin 9-dan, yəni barəmdə cinayət işi açılandan işsiz qalmışam.
– Asiman müəllim, bəs işsiz- gücsüz necə dolanırsınız? Sizə Azərbaycanın Diaspora Komitəsindən, Rusiyadakı azərbaycanlı iş adamlarından və ya başqa kimlərsə tərəfindən hər hansı maddi dəstək göstərənlər varmı?
-Demək olar ki, heç kim kömək etmir.
-Asiman müəllim, ümidinizi itirməyin. Yaxşı, xeyirxah insanlar hələ tükənməyib. Ola bilər çox adam işsiz qalmağınızdan xəbərsizdir. Bu müsahibədən sonra yəqin xəbər tutarlar və öz kömək əllərini sizə uzadarlar. Axı siz çox adamlara xeyirxahlıq etmisiniz, bir çox problemlərinə yardımçı olmusunuz, maddi dəstək göstərmisiniz, miqrasiya məsələlərinin həllində təmənnasız olaraq, min bir əziyyətə qatlaşmısınız və s. Ola bilməz ki, hər cürə kömək etdiyiniz bu qədər insanların arasında, bu çətin gününüzdə sizə dəstək verən olmasın. Bu geniş və əhatəli müsahibə üçün təşəkkür edirəm.
– Mən də sizə, baş redaktorunuz Asif Mərziliyə və kollektivinizə, mənə göstərdiyiniz diqqətə görə dərin təşəkkürümü bildirirəm.
-Çox sağ olun!
Həmsöhbət oldu: Elçin MƏMMƏDLİ