Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi “Le Figaro” nəşrinə müsahibəsində Avropanın Rusiya ilə ədavətini “tarixi səhv” adlandırıb.
“Avropa və Fransa üçün təhlükə ilk növbədə demoqrafikdir: 30 ildən sonra Avropanın əhalisi 550 milyondan 480 milyon nəfərə, Afrikada isə 1,2 milyarddan 2,4 milyardadək artacaq. Bu arada biz Rusiyanı əsas riskimiz və prioritet düşmənimiz kimi müəyyənləşdiririk. Bu, tarixi səhvdir!”, – Tezadlar.az xəbər verir ki, Sarkozi bildirib.
O, həmçinin qeyd edib ki, müxtəlif səbəblərdən Avropaya gələn miqrantlar yeni mühitdə assimilyasiyada çətinlik çəkirlər ki, bu da Avropa ölkələri üçün ilkin ekzistensial riskdir.
“Rusiyanın Fransa və Avropa ilə münasibətlərinin tarixini bilə-bilə bugünkü tam anlaşılmazlığa görə təəssüflənə bilərik. Amma bu gün Avropanın beynəlxalq arenada Rusiyadan daha çox təcrid olunduğu göz qabağındadır”, – sabiq prezident əlavə edib.
E.ŞİRİNOV