4 Sentyabr 2025 / 12:41

Çin Trampın ABŞ-a qarşı sui-qəsddə ittihamına cavab verdi

Çinin digər ölkələrlə, xüsusən də Rusiya və KXDR ilə diplomatik əlaqələrinin inkişafı üçüncü tərəflərə qarşı yönəlməyib.

Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun ABŞ prezidenti Donald Trampın “ABŞ-a qarşı sui-qəsd” hazırlamaqda ittihamına cavab olaraq bildirib.

“Çin heç bir ölkə ilə diplomatik əlaqələr qurarkən heç vaxt üçüncü tərəfləri hədəfə almır”, – deyə diplomat cavab verib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Trampın sözlərini onun yumor hissinin təzahürü hesab edirdi.

“ABŞ prezidenti yumorsuz deyil, aydındır, bunu hamımız yaxşı bilirik. Mən onunla yaxşı münasibətlər qurmuşam, bir-birimizə adla müraciət edirik”, – Rusiya lideri bildirib.

Qeyd edək ki, Tramp bundan əvvəl Rusiya prezidenti Vladimir Putin, Çin sədri Si Cinpin və Şimali Koreya lideri Kim Çen Inın Yaponiyaya qarşı Müqavimət Müharibəsində Çin xalqının qələbəsinin 80 illiyi və İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı keçirilən təntənəli tədbirlərdə görüşünü şərh edərkən ABŞ-a qarşı sui-qəsd elan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!