5 Sentyabr 2025 / 18:41

Leysan yağışları Daşkəsənin kəndlərində fəsadlar törədib

Bu gün günorta saatlarından başlayaraq Daşkəsən rayonuna leysan yağıb.

“Tezadlar”ın Qərb bürosunun məlumatına görə, nəticədə ucqar kəndlərdən biri olan Alaxançallı kəndinə sel gəlib, bir sıra fəsadlar törədib.

Eyni zamanda yağıntılı hava şəraiti səbəbindən digər kəndlərdə də fəsadlar baş verib.

Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında da yağıntılı hava şəraiti müşahidə olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!