5 Sentyabr 2025 / 19:18

Tramp: “Rusiya və Hindistanı Çinə uduzduq”

ABŞ Prezidenti Donald Tramp Rusiya və Hindistanın Çinə yaxınlaşdığını və bununla da Vaşinqtonun geosiyasi mövqeyinin zəiflədiyini bildirib.

Tezadlar xəbər verir ki, Tramp bu fikirləri “Truth Social” hesabında paylaşaraq, “Görünür, biz Rusiya və Hindistanı Çinə uduzduq. Onlara birlikdə xoşbəxt gələcək arzulayıram”, – deyə yazıb.

Paylaşımda o, Çində keçirilən ŞƏT sammitində Vladimir Putin, Si Cinpin və Narendra Modinin yer aldığı fotoya da yer verib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!