Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu səhər də Bakının bir sıra yollarında nəqliyyatın ciddi sıxlığı var. Tezadlar.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda bu yollarda vəziyyət ciddi narahatlıq doğurur:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.
XXX
“Təzadlar”ın əməkdaşı bildirir ki, hazırda Bakıya Sumqayıt istiqamətindən giriş yolunda tıxac “Ekologiya” postunundan da geridədir… Daxili yolları AYNA tərəfindən daraldılaraq velosiped və parklamalara ayrılmış, iki girişi və iki çıxışı olan paytaxta girişdə isə alternativ yol demək olar yoxdur…
A.Məmmədli