9 Sentyabr 2025 / 19:27

Dohada partlayış: HƏMAS liderləri öldürüldü, Qətər araşdırma aparacaq

Qətər Xarici İşlər Nazirliyi Dohaya İsrailin endirdiyi zərbələri pisləyib, baş verənlərlə bağlı araşdırma aparmağı planlaşdırır.

“Tezadlar” xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri Qətər Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Al Arabiya”nın məlumatına görə, İsrailin Dohada həyata keçirdiyi zərbə nəticəsində HƏMAS-ın Qəzza zolağındakı lideri əl-Hayya da daxil olmaqla bir neçə nəfər həlak olub.

İsrail Müdafiə Ordusu HƏMAS-ın ali rəhbərliyinə dəqiq zərbə endirildiyini təsdiqləyib.

Bu barədə “Tezadlar” İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.

“Uzun illər ərzində HƏMAS-ın bu üzvləri təşkilatın əməliyyatlarına rəhbərlik edib, həmçinin İsrailə qarşı hərbi əməliyyatları təşkil ediblər”, – məlumatda bildirilib.

Hərbçilər qeyd edirlər ki, zərbələr endirilməzdən əvvəl mülki əhaliyə dəyəcək ziyanı minimuma endirmək üçün yüksək dəqiqlikli sursatlardan istifadə və əlavə kəşfiyyat məlumatlarının toplanması da daxil olmaqla tədbirlər görülüb.

İsrail Dohada HƏMAS-ın yüksək vəzifəli rəhbərlərinin öldürülməsi ilə bağlı əməliyyat həyata keçirib.

“Tezadlar” xəbər verir ki, bunu İsrailin yüksək vəzifəli rəsmisi ölkənin “12” telekanalına təsdiqləyib.

Qətərin paytaxtı Dohanın mərkəzində bir neçə partlayış baş verib.

“Tezadlar” xəbər verir ki, bu barədə “Reuters” agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.

Partlayışların səbəbləri hələlik məlum deyil.

Yerli KİV yazır ki, hücumların hədəfi, ehtimal ki, HƏMAS-ın qərargahı olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!