Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Nazirlər Kabinetinin binasına düşən sursatın əvvəlcə “Şahed” PUA-sı olduğu güman edilsə də, sonradan bunun “İskəndər” kompleksindən atılmış qanadlı raket olduğu müəyyən edilib.
Tezadlar.az xəbər verir ki, raketin 450 kiloqramlıq döyüş başlığı partlamayıb, yanğın yanacaq çəninin alışması nəticəsində baş verib.
Ukrayna Hərbi Hava Qüvvələri hücum zamanı Rusiyanın 9 raketdən istifadə etdiyini, bunlardan 4-nün zərərsizləşdirildiyini açıqlayıb. Baş nazir Yuliya Sviridenko bildirib ki, müharibə başlayandan bəri bu, Nazirlər Kabinetinin binasına ilk hücumdur.
Bundan başqa, Rusiya Ukraynaya 142 PUA ilə də hücum edib. Hücumlar nəticəsində 6 nəfər həlak olub.