10 Sentyabr 2025 / 23:22

Kubada enerji böhranı: ölkə üzrə elektrik kəsildi

Kubanın milli elektrik şəbəkəsi sıradan çıxıb və nəticədə ölkədə elektrik enerjisi kəsilib.

“Tezadlar” xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

“Elektrik enerjisinin verilişində tam fasilə yaranıb” – nazirlikdən bildirilib. Qeyd olunub ki, qəzanın səbəbləri araşdırılır və artıq bərpa prosesinə başlanılıb.

Qeyd edək ki, 10 milyon kubalı işıqsız qalmamışdan əvvəl də ölkənin bir çox bölgələrində 16 saat və ya daha çox davam edən elektrik enerjisi fasilələri yaşanmışdı.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!