Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İstanbulda taksi sürücüsü müğənni Valeriya və onun əri İosif Priqojini aldadaraq 12 min dollar pulunu alıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Mash” yazır.
Telegram kanalının məlumatına görə, taksi sürücüsü gediş haqqını əvvəlcədən kartla ödəməyi istəyib. 30 dollara başa gəlir. Ödəniş üç dəfə keçməyib. Sürücü şəbəkənin zəif olmasından şikayətlənərək terminalı yenidən uzadıb.
Nəticədə, İosif Priqojinin kartından 30 dollar yox, 12 min dollar – 4 dəfə 3000 dollar silinib.
Prodüser avtomobilin dövlət nömrə nişanının fotosunu çəkə bilib, polisə gedərək ifadə verib. Taksi sürücüsünü tez bir zamanda tapıblar, o, üzr istəməyə və bütün pulu qaytarmağa məcbur olub.
E.ŞİRİNOV