Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Sentyabr 2025 / 11:15

DTX keçmiş müdafiə nazirini korrupsiya ilə bağlı saxladı

Ordunun büdcəsindən oğurluq etmək Vətənə, xalqa və Dövlətə xəyanətdir! Elə bu mənada sentyabrın 12-də, səhər saatlarında saxlanılan Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze xəstəxanaya yerləşdirilib. Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib. Məlumata əsasən, keçmiş nazir bir neçə gün öncə Kaxeti bölgəsində kvadrosikldən yıxılaraq yüngül beyin silkələnməsi alıb və həkim ona yataq rejimi yazıb. DTX C.Burçuladzenin tibb müəssisəsinə köçürülməsinə razılıq verib. Məlum səbəblərdən keçmiş nazirin saxlanılmasını əks etdirən videogörüntülər yayılmayıb.

 Xatırladaq ki, Burçuladze vəzifə səhlənkarlığında və qeyri-qanuni gəlirin leqallaşdırılması faktı üzrə ittiham olunur. Sabiq nazirin günahı sübuta yetirilərsə, onu 9 ildən 12 ilədək həbs cəzası gözləyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!