12 Sentyabr 2025 / 19:45

Ağdamda 14 yaşlı yeniyetmə yol qəzasında həlak olub

Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib.

Tezadlar.az  xəbər verir ki, hadisə rayonun Səfərli kəndi ərazisində qeydə alınıb.

“VAZ-21015” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində maşında olan sərnişin 14 yaşlı yeniyetmə hadisə yerində həyatın itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!