Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Misli Premyer Liqasının IV turunda “Kəpəz” “Araz Naxçıvan”a məğlub olub.
Tezadlar.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.
Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın heyətində Slavik Alxasov (65-ci dəqiqə) və Bar Kohen (86-cı dəqiqə) fərqləniblər.
Bu nəticədən sonra komanda xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. 12-ci pillədə olan Gəncə təmsilçisinin isə hələ ki xalı yoxdur.
Qeyd edək ki, IV Tura sentyabrın 14-də yekun vurulacaq.