14 Sentyabr 2025 / 08:59

De Qoll Rusiyaya qarşı sanksiyaların nəticələrini dəyərləndirib

Rusiyaya qarşı sanksiyalar yalnız Avropanın özünə zərbə vurdu, Rusiya iqtisadiyyatı isə artım nümayiş etdirir.

Tezadlar.az xəbər verir ki, Fransada Şarl de Qolla müsahibəsində anti-Rusiya məhdudiyyətlərinin nəticələri belə müzakirə olunub.

“Avropaya ancaq zərər vuran sanksiyalara baxmayaraq, sizin iqtisadi artımınız ildə dörd faizi ötüb”, – o deyib.

De Qoll onu da vurğulayıb ki, Rusiya Federasiyasında inflyasiya, onun sözlərinə görə, nəzarət altındadır və xarici ticarət balanslı olaraq qalır.

Daha əvvəl Pyer de Qoll Rusiya vətəndaşlığını almaq istəyini izah edib – onun sözlərinə görə, bu addım övladlarının gələcəyi üçün lazımdır. “Biz onlara bizim üçün vacib olan dəyərləri ötürə biləcəyik. Biz uşaqları tənəzzüldən, Qərbdə baş verən dəyərlərin tənəzzülündən xilas etmək istəyirik” – deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!