15 Sentyabr 2025 / 08:25

7-ci sinif tarix dərsliyinin üstü erməni, içi isə Azərbaycan dilindədir!

Gürcüstanda tədris edilən 7- ci sinif “Tarix” dərsliyi üçün hazırlanmış “Şagirdin dəftəri”nin üz qabığı erməni dilində, iç səhifələri isə Azərbaycan dilində çap olunub. Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə fəlsəfə doktoru, “Maarif” təşkilatının direktoru Aygül İsayeva sosial şəbəkə hesabında məlumat paylaşıb. O qeyd edib ki, sözügedən dəftər Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblər üçündür və Gürcüstanda nəşr edilib: “Gürcüstanın Təhsil Nazirliyi yeni dərs ilinin başlanması münasibətilə müəllimləri və şagirdləri belə sevindirir? 7-ci sinif “Tarix” dərsliyi üçün hazırlanmış “Şagirdin dəftəri”nin üz qabığı erməni dilində, iç səhifələri isə Azərbaycan dilindədir. Görəsən, bu qədər kitabı kütləvi tirajla buraxmazdan öncə, siqnal varianta gözucu da olsa baxmaq kiminsə, nə vaxtsa ağlına gələcəkmi?”.

Azərbaycanın Gürcüstandakı Səfirliyi isə hələki bu məsələ ilə bağlı hər hansı addım atılacağı barədə məlumat verməyib.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!