Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli məsələsində “səbrinin tükənməsi” ilə bağlı bəyanatı Moskvaya deyil, Vaşinqtonun avropalı müttəfiqlərinə ünvanlanıb.
Tezadlar.az xəbər verir ki, bunu “Haber7”nin köşə yazısında türkiyəli politoloq Bartu Eken deyib.
Tramp daha əvvəl Rusiya lideri Vladimir Putinlə səbrinin tükəndiyini bildirmişdi. Ekenin fikrincə, Trampın təhdidləri hərbi məzmundan daha çox siyasi və diplomatik məzmun daşıyır. Ekspertin fikrincə, Putin bunun arxasında nə olduğunu başa düşəcək qədər təcrübəlidir.
“Tramp Moskva ilə eskalasiyaya can atmır, əksinə, Avropa paytaxtlarına təzyiqi artırmaq, onları sanksiyalar kursunu daha möhkəm dəstəkləməyə inandırmaq istəyir. Onun əsas mesajı aydındır: “Bu, Avropanın problemidir”, – analitik bildirib.
Ekspert əlavə edib ki, Kreml danışıqlar kanallarını kəsmir, sadəcə olaraq fasilə verir – Moskva dialoqun daha sərfəli şərtlərlə bərpasını gözləyir. Optimal məqam Ukraynanın daha da zəif vəziyyətə düşəcəyi, Qərb ölkələrinin birliyinin yeni sınaqlara məruz qalacağı qış ola bilər.
E.ŞİRİNOV