Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Köçkünlərin Qarabağa qayıdışı nədənsə bəzi adamların qarın ağrısına, sancısına… çevrilib! Burda məqsəd aydındır: süni gərginlik yaratmaq! Demişəm, yazmışam, yenə də deyirəm: köçkünü geriyə dövlət qaytarmalıdır və qaytaracaq da! Nəslimizdə 50-dən çox köçkün var, hamısı da Mərziliyə qayıtmaq üçün növbədədir! Bütün kənd camaatı da elə. Axı nəsli-kökü oralarda dəfn edilmiş insan necə ora qayıtmaq istəməz?! Başqaları da elə… Amma təxribatçılar susmur, qıcıqlandırır, yazır, ürək və su bulandırır!
İndicə dəyərli ziyalılarımızdan biri zəng edib əməkdaşımızdan soruşur ki, niyə bizim Qarabağdan olan deputatlarımız- İmamverdi İsmayılov, Aqil Abbas, Bəxtiyar Əliyev, Rövşən Muradov, Elman Məmmədov, Ceyhun Məmmədov, Vüqar Bayramov, Tural Gəncəliyev… bu cür təxribatlara MM səviyyəsində cavab vermirlər??? Mən də dedim ki, vallah, nə deyim, inşəllah, növbəti seçki ərəfəsində cavab verərlər…
Amma ciddi desəm: məsələ çox ciddidr! Böyük Qayıdış ərəfəsində təxribatçılar peyda olub! Hiss olunur ki, bu işdə Səidə Bəkirqızı bir bəhanə imiş, kəndəki bir xoruzun banlamasına bənd olan çoxsaylı “xoruzlar” var imiş… Belələrinin qırımından belə başa düşmək olar ki, erməni barmağı onların kal düşüncəsini idarə edir! Amma yetər!
A.Məmmədli

