16 Sentyabr 2025 / 09:34

Zelenski Putinlə görüşə hazır olduğunu bildirib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə Sky News-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, o, üç prezidentin üçtərəfli görüşünü keçirməyə hazırdır, bu görüşdə ABŞ prezidenti Donald Trampın iştirakı nəzərdə tutulur, lakin görüşün özü Moskvada baş tutmamalıdır.

Bundan əvvəl Zelenski Trampa Ukrayna münaqişəsini dayandırmaq üçün şərtlər qoyub. O qeyd edib ki, Ukraynaya “Trampdan aydın mövqe” lazımdır və silahlı münaqişəni dayandırmağın yeganə yolu respublika üçün təhlükəsizlik zəmanətlərinin ilkin tətbiqi olacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!