Dünya
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxsi polis saxlayıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Tezadlar.az-a bildirib ki, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.
Araşdırmalar davam edir.
Xatırladaq ki, ötən gün 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Qafarov Kamran Azər oğlu sərnişin tərəfindən döyülüb.
İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.