10 Aprel 2022 / 04:38

ABŞ ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞMASINA KÖMƏK ETMƏK İSTƏYİR

“Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda dinc, demokratik və firavan gələcək qurmaqda sadiqdir”.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı diplomatik təmaslarını fəallaşdırmağa, münaqişənin və ya onun nəticələrinin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə və hərtərəfli sülh sazişi əldə etməklə münasibətləri normallaşdırmağa çağırıb.

“Birləşmiş Ştatlar bu təşəbbüslərdə, Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”, – Dövlət Departamentindən əlavə ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!