Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı baş tutub.
“Təzadlar” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı tərəflər Rusiya liderinin dekabr ayında Hindistana gözlənilən səfərinə hazırlığı müzakirə ediblər.
Putin Rusiya və Hindistan arasında strateji tərəfdaşlığın uğurlu inkişafından məmnunluğunu bildirib. Liderlər bir sıra beynəlxalq məsələləri, o cümlədən Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
Bundan başqa, Putin Modini 75 illik yubileyi münasibətilə təbrik edib.